Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya səfirliyi Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ehtimalını açıqlayıb

Rusiya səfirliyi Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ehtimalını açıqlayıb

DÜNYA

314

09.02.2024, 19:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniyanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların məhkəmə yolu ilə ləğv edilməsinin mümkünlüyünü açıqlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,  diplomat bu barədə “Rossiya 24” telekanalında açıqlama verib.

 

“Deyərdim ki, sanksiyaların ləğvi üçün hələ də məhkəmə icazəsi perspektivi var” deyən Kelin, sanksiyaların tətbiqi barədə qərarın Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən verildiyini və Rusiya Federasiyasına qarşı bütün məhdudlaşdırıcı tədbirlərin qanunsuz olaraq tətbiq edildiyini qeyd edib.

 

Səfirin sözlərinə görə, hazırda mindən çox Rusiya vətəndaşı və 250 hüquqi şəxs Rusiyada da sanksiya siyahısındadır.

 

Bundan əvvəl Qərb Rusiya iqtisadiyyatının Qərbin sanksiyaları altında dayanmasını heyrətamiz hadisə adlandırırdı.

 

Yanvarda Britaniyanın “Money Week” nəşri Rusiya iqtisadiyyatının sanksiyalara görə gözlənilən “çökülmə” ilə bağlı Qərb proqnozlarının əksinə olaraq gözlənilməz canlanma yaşadığını yazmışdı.

 

Bundan əvvəl Britaniya Ukraynadakı münaqişənin sona çatmasından sonra Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları saxlayacağını açıqlamışdı.

 

Miri