Qaynar xətt:

(+99450) 247 90 86

Mask ABŞ-ın Ukraynaya maliyyə yardımı paketi haqqında qanun layihəsini tənqid edib

Mask ABŞ-ın Ukraynaya maliyyə yardımı paketi haqqında qanun layihəsini tənqid edib

DÜNYA

307

08.02.2024, 23:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikalı iş adamı İlon Mask ABŞ Senatının Ukraynaya öz sərhədlərini qeyri-qanuni miqrant axınından qorumaqdan daha böyük miqdarda maliyyə yardımı ayırmağı nəzərdə tutan qanun layihəsini tənqid edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“Heç bir cavabdehlik olmadan Ukraynaya bu qədər pul göndərməyə davam etmək  dəlilikdir”, - deyə  iş adamı bildirib.

Onun fikrincə, bu vəsaitlərin istifadəsinə görə cavabdehlik olmadığı və Rusiya-Ukrayna münaqişəsinin sonu belə planlaşdırılmadığı halda Kiyevə milyonlarla vəsait ayırmaq ehtiyatsızlıqdır.

Sənədə əsasən, ABŞ hakimiyyətinin iki ölkəyə dəstək üçün ayıracağı məbləğ 95 milyard dollar təşkil edəcək.Bunun da senatorlar 60 milyard dolların Ukraynaya, 14,1 milyard dollarının isə İsrailə göndərilməsini təklif edirlər.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Senat və Nümayəndələr Palatasının liderləri ilə görüşərək onun Ukrayna və İsrailə yardım da daxil olmaqla milli təhlükəsizlik tələblərini müzakirə edib. Daha sonra ABŞ Senatı İsrail və Ukraynaya maliyyə dəstəyi layihəsini təqdim edib.

Fevralın 8-də ABŞ Konqresinin Senatında Ukrayna və İsrailə yardım haqqında qanun layihəsi prosessual səsvermədən keçib.

Daha əvvəl Federasiya Şurası Baydenin Ukraynaya yardım layihəsinin növbəti uğursuzluğunu izah etmişdi.

 

Nigar