Qaynar xətt:

(+99450) 247 90 86

Rus ordusu  interneti İlon Maskdan alıb

Rus ordusu  interneti İlon Maskdan alıb

DÜNYA

320

08.02.2024, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna ordusu Rusiya ordusunun Amerikanın SpaceX İlon Mask şirkətindən Starlink peyk rabitə terminallarını aldığını və onlardan Ukraynada istifadə etdiyini bildirib.

Avadanlıqların artıq aktivləşdirilmiş hesablarla Dubay vasitəsilə alındığı və Ukrayna ərazilərində istifadə edildiyi iddia edilir.

Eyni zamanda, Ukrayna hərbçiləri Starlink-dən onların internetinin çox yavaş - sözün həqiqi mənasında 0,3 Mb/s olduğundan şikayətlənirlər.

Onların sözlərinə görə, problemlər bir neçə aydır müşahidə olunur və son bir həftədə xüsusilə kəskin xarakter alıb. Eyni zamanda, avadanlıqların "göyü görmək" üçün heç bir maneəsi yoxdur.

 

Miri