Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna üzrə təmas qrupunun görüşünün vaxtı məlum olub

Ukrayna üzrə təmas qrupunun görüşünün vaxtı məlum olub

DÜNYA

303

07.02.2024, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 14-də Brüsseldə Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl Ukrayna üzrə təmas qrupunun iclası keçiriləcək.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə NATO-nun mətbuat xidmətinə istinadən xəbər verir.

“Fevralın 14-də NATO-nun mənzil-qərargahında ABŞ tərəfindən təşkil edilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun ayrıca görüşü keçiriləcək”, - mətndə deyilir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən azad edilməsinə mane olmaq niyyətində deyil, Kiyevə dəstək istənilən halda davam edəcək. O vurğulayıb ki, bu, Ukraynanın daxili işidir və blokun müdaxilə etmək səlahiyyəti yoxdur.

Fevralın 7-də Latviyanın xarici işlər naziri Krisjanis Karins bildirib ki, hazırda NATO üzvü olan ölkələrin heç birinə birbaşa hərbi təhlükə görmür. Stoltenberq həmçinin bildirib ki, alyans hazırda təşkilatın heç bir üzvü üçün ani təhlükə görmür.

Bundan əvvəl NATO-nun baş katibi Ukraynanı ABŞ üçün sərfəli müqavilə adlandırmışdı.

 

Nigar