Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
22 Sentyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
319
07.02.2024, 19:55
Ermənistan rəhbərliyi erməni xalqı üçün düzgün seçim edəcək.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının artıq təhlükəsizlik sahəsində əsas tərəfdaş ola bilməyəcəyi barədə sözlərini şərh edərkən bildirib.
“Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə mehriban qonşuluq əlaqələrindən ayrılmazdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bunu nəzərə alacaq və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcək”, - erməni KİV-i Zaxarovadan sitat gətirir.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq baxımından da etibarlı ikitərəfli hüquqi baza mövcuddur.
Hər iki tərəfin bir-birinə qarşı öhdəlikləri var. Zaxarova İrəvanın KTMT çərçivəsində kollektiv təminat altında olduğunu vurğulayıb və xatırladıb ki, hər iki ölkə 2016-cı ildə birgə qoşun qruplaşması haqqında saziş imzalayıb.
O, hesab edir ki, Aİ missiyasının müşahidəçilərindən fərqli olaraq, KTMT Cənubi Qafqazda sabitləşdirici rol oynamağa qadirdir.
Aİ missiyası 20 fevral 2023-cü il tarixindən Ermənistanda yerləşirdi və 100 nəfərdən ibarət idi. Məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyi möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli şəraitin təmin edilməsidir. Dekabr ayında Aİ missiyanın 209 nəfərə qədər genişləndiriləcəyini elan edib.
Miri
00:15 / 23 Sentyabr 2026
13
00:14 / 23 Sentyabr 2026
25
23:57 / 22 Sentyabr 2026
246
23:56 / 22 Sentyabr 2026
30
23:42 / 22 Sentyabr 2026
35
23:24 / 22 Sentyabr 2026
66
22:54 / 22 Sentyabr 2026
44
22:39 / 22 Sentyabr 2026
55
22:34 / 22 Sentyabr 2026
47
22:15 / 22 Sentyabr 2026
49
21:43 / 22 Sentyabr 2026
59
21:29 / 22 Sentyabr 2026
66
21:19 / 22 Sentyabr 2026
71
21:10 / 22 Sentyabr 2026
70
21:00 / 22 Sentyabr 2026
75
20:55 / 22 Sentyabr 2026
76
20:39 / 22 Sentyabr 2026
82
20:37 / 22 Sentyabr 2026
910
20:15 / 22 Sentyabr 2026
84
20:00 / 22 Sentyabr 2026
75
19:46 / 22 Sentyabr 2026
92
19:36 / 22 Sentyabr 2026
531
19:21 / 22 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.