Qaynar xətt:

(+99450) 247 90 86

Yutub kanalları bağlanır

Yutub kanalları bağlanır

DÜNYA

890

06.02.2024, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 24 saat ərzində YouTube videohostinqi  Rusiyanın regional dövlət televiziya və radio yayımı şirkətlərinin (GTRK) onlarla profilini bloklayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Russia Today” (RT) məlumat yayıb.

 

RT-nin məlumatına görə, 40-a yaxın kanal bağlanıb.

Bunlara Sankt-Peterburq, Rostov-na-Donu, Belqorod, Çita, Murmansk, Pskov, Voloqda və s. Dövlət Televiziya və Radio Yayımları Şirkəti daxildir.

Kanalı da dağıdılan “İvteleradio” Dövlət Televiziya və Radio Yayımları Şirkəti bloklanma dalğasının 2024-cü il fevralın 6-da səhər saatlarından başladığını bildirib.

 

YouTube-un qərarı heç bir izahat verilmədən birtərəfli qaydada verilib.

“Videohostinq səbəbi izah etməyib, lakin Dövlət Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları hesab edirlər ki, söhbət videohostinqin siyasi mövqeyindən gedir və bu, Rusiya mediasının informasiya siyasətinə ziddir”, RT əlavə edib.

YouTube Amerikanın Google İT korporasiyasına məxsus video hostinq xidmətidir. Xidmətin auditoriyası ayda 2 milyard aktiv istifadəçini keçir.

Əvvəllər ruslara VPN-dən istifadənin təhlükələri barədə xəbərdarlıq edilirdi.

 

Nigar