Qaynar xətt:

(+99450) 247 90 86

Ekvador Rusiyaya banan idxalına qoyulan qadağanı aradan qaldırmağa əsas verdi

Ekvador Rusiyaya banan idxalına qoyulan qadağanı aradan qaldırmağa əsas verdi

DÜNYA

332

06.02.2024, 21:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ekvadorun xarici ticarət naziri Sonsoles Qarsiya Ecuavisa TV-yə müsahibəsində bildirib ki, ölkə banan idxalına qadağaya yenidən baxılması üçün fitosanitariya departamentinə Rusiyaya texniki əsaslandırma təqdim edib.

 

Oxu24.com xəbər  verir  ki, "Ekvador hökuməti texniki baxımdan bunun dibinə varmaq istəyir və biz bananlarımızın ixracına qarşı istənilən arqumentləri təkzib edə biləcəyimizə əminik",-deyə  məlumatda  qeyd  edilir.

Qarsiya əlavə edib ki, bunun üçün Rusiya tərəfinə lazımi sənədlər verilib.

Fevralın 2-də bildirilmişdi ki, Rosselxoznadzor Ekvadordan Rusiyaya təhlükəli bananların tədarükü ilə bağlı vəziyyətdən narahatdır. Agentlik Ekvadordan tələbləri pozan beş ixracatçı üçün fevralın 5-dən bananların sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib. Departamentin mətbuat xidməti qeyd edib ki, çoxfaqlı donqar milçəyi Ekvador bananlarında sistematik şəkildə olur.

Bundan əvvəl Hindistan Rusiyaya banan tədarük etməyə başlayıb.

 

Nigar