Qaynar xətt:

(+99450) 247 90 86

"Şahed" PUA-ları Rusiyaya neçəyə başa gəlir?

\\\"Şahed\\\" PUA-ları Rusiyaya neçəyə başa gəlir?

DÜNYA

330

06.02.2024, 20:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya İrandan Şahed-136 pilotsuz uçan aparatlarını bir ədədi 193 min dollara alır. Qiymət sifarişin həcmindən asılıdır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya Federasiyasına silah satışı ilə məşğul olan İranın IRGC Sahara Thunder şirkətinin dosyelərində deyilir.

 

Sənədlərdən belə çıxır ki, Rusiya üçün bir “şahed”in başlanğıc qiyməti bir pilotsuz təyyarə üçün təxminən 375 min dollar olub. Daha sonra Rusiya Federasiyası endirim əldə etdi - 6 min PUA sifariş edərkən bir Şahed-136-nın qiyməti 193 min dollar idi, 2 min PUA sifariş edərkən - artıq 290 min dollar.

 

Həmçinin bildirilir ki, Rusiya İran lisenziyası ilə 2,5 il ərzində 6 min pilotsuz təyyarə istehsal etmək niyyətində olub.

 

Ölkələr arasında müqavilənin ümumi məbləği təqribən 1,75 milyard dollar təşkil edib.

 

 

Eyni zamanda, Rusiya Federasiyası qızılla ödəniş edir.

 

Nigar