Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan baş nazir postuna namizəd seçib

Qazaxıstan baş nazir postuna namizəd seçib

DÜNYA

327

06.02.2024, 11:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amanat partiyası Qazaxıstanın baş naziri postuna prezident administrasiyasının rəhbəri Oljas Bektenovun namizədliyini irəli sürüb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

 

Bektenovun namizədliyini hakim partiya adından partiyanın sədri Erlan Koşanov irəli sürüb.

 

Qeyd olunur ki, mövcud qanunvericiliyə uyğun olaraq, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev təklif olunan namizədliyi Məclisdəki (parlament) partiya fraksiyalarının rəhbərləri ilə müzakirə edəcək.

Fevralın 5-də Tokayev Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökumətinin buraxıldığını elan edib. Dövlət başçısının fərmanı ilə həmin günə qədər hökumət başçısının birinci müavini vəzifəsində çalışmış Roman Sklyar respublikanın baş nazirinin səlahiyyətlərini icra edən təyin edilib. Bundan əlavə, Sklyar bu vəzifəni tutan ikinci etnik rus siyasətçi oldu.

Daha əvvəl politoloq Qazaxıstan hökumətinin istefasını izah edib.

 

Nigar