Qaynar xətt:

(+99450) 247 90 86

Çin Rusiyanın ehtiyatlarının müsadirə edilməsinə qarşıdır

Çin Rusiyanın ehtiyatlarının müsadirə edilməsinə qarşıdır

DÜNYA

333

05.02.2024, 21:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın dondurulmuş ehtiyatlarının Ukraynaya yardım üçün müsadirə edilməsi beynəlxalq maliyyə sistemi üçün “fəlakətli nəticələrə” səbəb ola bilər və hətta Qərb ölkələrinin özlərinə qarşı çevrilə bilər.

 

Oxu24.com  xəbər  verir  ki, Bu fikir Çin Kommunist Partiyasının beynəlxalq məsələlərlə bağlı mövqeyini yayımlayan “Global Times” qəzetində deyilir.

 

Məqalədə iddia edilir ki, “Ukraynaya dəstək üçün bu aktivlərin ələ keçirilməsi Qərb dövlətlərinin öz öhdəliklərinə inamı sarsıdar”.

 

“Əgər Rusiya aktivləri ilə bağlı hekayə digər ölkələrdəki investorları başa düşsə ki, geosiyasi risklər Qərb ölkələrinin öz borclarını ödəməməsinə gətirib çıxara bilər, o zaman dövlət istiqrazlarına investisiyalar çətin geosiyasi şəraitə görə artıq təhlükəsiz sayıla bilməz”, - deyə müəllif bildirib.

 

Nigar