Batumi aeroportunda “Beşiktaş” və “Hapoel” azarkeşləri toqquşdu - VİDEO
28 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
389
04.02.2024, 19:25
Husilər bir gün əvvəl Yəməndə onlarla hədəfi vuran ABŞ və Britaniyanın zərbələrinə cavab verəcəklərini vəd ediblər.
Oxu24.com xəbər verir ki, BBC-nin məlumatına görə, Husi sözçüsü sosial media X hesabında bildirib ki, Böyük Britaniya və ABŞ-ın birgə hücumlarının bu üçüncü raundu onların fələstinlilərə qarşı “mənəvi, dini və humanitar mövqe” öhdəliyini sarsıtmayacaq.
Şənbə günü ABŞ və Britaniya qüvvələri Qırmızı dənizdəki gəmiləri gəmi əleyhinə qanadlı raketlərlə atəşə tutmağa hazırlanan altı Husi raket buraxılış qurğusuna qarşı özünümüdafiə zərbələri endirib. Zərbələr Yəmənin 13 fərqli nöqtəsində 36 hədəfə endirilib. Husilərin məlumatına görə, bir neçə saat ərzində paytaxt Səna və ölkənin digər məskunlaşdığı ərazilərə 48 zərbə endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda Husilərin raketlərinin bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri və ticarət gəmiləri üçün dərhal təhlükə yaratdığı qeyd edilib.
“Bu dəqiq zərbələr husilərin qlobal ticarəti və mülki dənizçilərin həyatını təhdid etmək üçün istifadə etdikləri imkanları pozmaq və zəiflətmək üçün nəzərdə tutulub və Husilərin bir sıra qeyri-qanuni, təhlükəli və sabitliyi pozan hərəkətlərinə cavabdır”, - bəyanatda deyilir.
Müşahidəçilərin qeyd etdiyi kimi, Amerikanın husilərin mövqelərinə zərbələri əsas məqsədlərinə çatmır - gəmiçilik şirkətləri, əksər hallarda, hələ də Qırmızı dənizdən yük gəmiləri göndərmək riski daşımırlar.
Husilərlə geniş söhbət edən BBC-nin beynəlxalq redaktoru Ceremi Bouen əmindir ki, ABŞ və Britaniyanın hücumları üsyançıları dayandıra bilməyəcək: “Əksinə, onlar daha çox hücumlarla cavab verməyə çalışacaqlar”.
Nigar
18:59 / 28 Noyabr 2026
21
18:48 / 28 Noyabr 2026
51
18:35 / 28 Noyabr 2026
58
18:30 / 28 Noyabr 2026
61
18:16 / 28 Noyabr 2026
89
17:43 / 28 Noyabr 2026
95
16:40 / 28 Noyabr 2026
143
16:35 / 28 Noyabr 2026
120
16:07 / 28 Noyabr 2026
126
15:49 / 28 Noyabr 2026
530
15:41 / 28 Noyabr 2026
203
15:07 / 28 Noyabr 2026
213
14:55 / 28 Noyabr 2026
157
14:38 / 28 Noyabr 2026
295
14:09 / 28 Noyabr 2026
188
13:52 / 28 Noyabr 2026
826
13:22 / 28 Noyabr 2026
1222
13:02 / 28 Noyabr 2026
282
12:56 / 28 Noyabr 2026
185
12:43 / 28 Noyabr 2026
495
12:12 / 28 Noyabr 2026
1677
12:05 / 28 Noyabr 2026
204
11:50 / 28 Noyabr 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.