Qaynar xətt:

(+99450) 247 90 86

Sidneydə Fələstinə dəstək aksiyası keçirilib

Sidneydə Fələstinə dəstək aksiyası keçirilib

DÜNYA

320

04.02.2024, 12:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avstraliyanın Sidney şəhərində minlərlə insan Fələstinə dəstək aksiyası keçirib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

Agentliyin məlumatına görə, etirazçılar Hayd Parka Fələstin bayraqları ilə gəlib və Avstraliya hakimiyyətindən İsrailə yardımı dayandırmağı tələb ediblər.

 

Qeyd edilir ki, aksiya Sidneydə 17-ci dəfədir keçirilir və burada ən azı beş min nəfər iştirak edir.

 

“İnsanlar Qəzza zolağında və İordan çayının qərb sahilində münaqişənin kəskinləşməsinin ilk günlərindən hər həftə buraya gəlirlər və azalmır. Bu gün 30 dərəcə istiyə baxmayaraq, ilkin hesablamalara görə, beş mindən çox insan bizə qoşulub”, – Palestine Action Group (PAG) ictimai birliyinin nümayəndəsi paylaşıb.

 

Bundan əvvəl Braziliyanın San-Paulu şəhərində Fələstinə dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərin mərkəzi magistrallarından biri olan Avenida Paulista boyunca etiraz aksiyası keçiriblər.

 

Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

 

Nigar