Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada yaşayanlara xəbərdarlıq

Moskvada yaşayanlara xəbərdarlıq

DÜNYA

319

04.02.2024, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaxın vaxtlarda Moskvada   qar və buz  gözlənilir.

 

Oxu24.com  Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt departamentinə istinadən xəbər verir ki, fevralın 4-ü günün sonuna kimi havanın pisləşəcəyi proqnozlaşdırılır.

 

Departament bildirib  ki, müvafiq proqnozu Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (Roshidromet) sinoptikləri verib. Onların sözlərinə görə, yaxın bir saatda şəhərə sulu qar və qar yağa bilər.

 

“Yerlərdə buzlanma,  qarın yığılması, buz bağlaması var. Cənub-qərb küləyi əsəcək, arabir 12-17 m/s-dək güclənəcək”, - deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

 

Bunun fonunda fövqəladə hallar xidmətlərinin nümayəndələri Moskva sakinlərinə və qonaqlarına uşaqları nəzarətsiz qoymamağı, həmçinin titrəyən tikililərdən və reklam lövhələrindən uzaq durmağı tövsiyə ediblər. Sürücülər də öz növbəsində maşın sürərkən sürəti azaltmalı, yollarda qəfil manevrlərdən çəkinməlidirlər.

 

Nigar