Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
22 Sentyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
363
03.02.2024, 21:40
İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib.
Oxu24.com xəbər verir ki, bu barədə Petra agentliyi İordaniya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, daha əvvəl bəzi KİV-lər İordaniya ordusunun təyyarələrinin İraq ərazisinin atəşə tutulmasında iştirak etdiyi barədə məlumat yayıblar.
“İordaniya təyyarələrinin Amerika təyyarələrinin İraqda həyata keçirdiyi əməliyyatlarda iştirakı ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. İordaniya silahlı qüvvələri qardaş İraqın müstəqilliyinə hörmətlə yanaşır”, - mənbə bildirib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İraq və Suriyaya hərbi zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyatlandığını bildirmişdi.
ABŞ silahlı qüvvələri ABŞ-ın İordaniyadakı bazasına pilotsuz təyyarənin hücumuna cavab olaraq fevralın 3-nə keçən gecə İraq və Suriyadakı hədəflərə zərbələr endirib. ABŞ pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara zərbələr endirib.
Bundan əvvəl ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının vaxtı məlum olub.
Nigar
01:29 / 23 Sentyabr 2026
129
01:24 / 23 Sentyabr 2026
82
01:20 / 23 Sentyabr 2026
71
01:13 / 23 Sentyabr 2026
80
00:15 / 23 Sentyabr 2026
75
00:14 / 23 Sentyabr 2026
99
23:57 / 22 Sentyabr 2026
837
23:56 / 22 Sentyabr 2026
82
23:42 / 22 Sentyabr 2026
73
23:24 / 22 Sentyabr 2026
97
22:54 / 22 Sentyabr 2026
80
22:39 / 22 Sentyabr 2026
89
22:34 / 22 Sentyabr 2026
75
22:15 / 22 Sentyabr 2026
77
21:43 / 22 Sentyabr 2026
73
21:29 / 22 Sentyabr 2026
81
21:19 / 22 Sentyabr 2026
90
21:10 / 22 Sentyabr 2026
84
21:00 / 22 Sentyabr 2026
86
20:55 / 22 Sentyabr 2026
90
20:39 / 22 Sentyabr 2026
93
20:37 / 22 Sentyabr 2026
1099
20:15 / 22 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.