Qaynar xətt:

(+99450) 247 90 86

İraq ABŞ-a etiraz notası verib

İraq ABŞ-a etiraz notası verib

DÜNYA

336

03.02.2024, 21:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İraq Xarici İşlər Nazirliyi şənbə günü ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilini etiraz notası təqdim etmək üçün çağırıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

"Şənbə günü, fevralın 3-də Xarici İşlər Nazirliyi ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili David Berkeri çağırıb", - İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Nazirliyin Amerika departamentinin rəhbəri Diyari Əhməd Məcid diplomata etiraz memorandumunu təqdim edib.

 

Sənəddə Amerikanın Akaşat və Əl-Qaim bölgələrində təcavüzü kəskin şəkildə pislənilib. Bəyanatda bundan mülki əhalinin əziyyət çəkdiyi qeyd edilib.

 

Eyni zamanda, İraq hakimiyyəti öz ərazilərinin müharibə edən tərəflər arasında “hesabların həlli meydanı” kimi istifadəsinə icazə verməkdən imtina edib.

Bundan əvvəl ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının vaxtı məlum olub. Rusiya Federasiyasının beynəlxalq təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, bu, bazar ertəsi, fevralın 5-nə planlaşdırılıb.

 Nigar