Batumi aeroportunda “Beşiktaş” və “Hapoel” azarkeşləri toqquşdu - VİDEO
28 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
434
02.02.2024, 17:15
Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) dünyada xərçəng xəstəliyinin artacağı barədə xəbərdarlıq edib. Yeni xərçəng hadisələrinin sayının 2022-ci ildə ildə 20 milyondan 2050-ci ilə qədər 35 milyona yüksələcəyi gözlənilir.
OXU24.COM xəbər verir ki, bu məlumatları təşkilata daxil olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi dərc edib.
Xərçəngə yoluxma hallarının artmasının qeyri-bərabər olduğu və aztəminatlı qruplara qeyri-mütənasib təsir göstərdiyi qeyd edilir.
2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm qeydə alınıb. Bununla belə, diaqnozdan beş il sonra sağ qalan insanların sayı 53,5 milyon idi. Təxminən hər beş nəfərdən biri həyatı boyu xərçəngə tutulacaq, doqquz kişidən biri və on iki qadından biri bu xəstəlikdən dünyasını dəyişəcək.
Mütəxəssislər 2050-ci ilə qədər yeni xərçəng hadisələrinin sayının 2022-ci ilə nisbətən 77% artaraq 35 milyonu keçəcəyini proqnozlaşdırırlar. ÜST vurğulayıb ki, xərçəngə yoluxma hallarının artması yaşlanma və əhalinin artımı, eləcə də insanların risk faktorlarına məruz qalmasının dəyişməsi ilə bağlıdır. Tütün, alkoqol, piylənmə və havanın çirklənməsi insidentlərin artmasında əsas amillər kimi müəyyən edilir.
ÜST-ün məlumatına görə, yeni xərçəng hadisələrinin təxminən üçdə ikisi 10 xərçəng növündə baş verir. 2022-ci ildə ağciyər xərçəngi dünyada ən çox yayılmış xərçəng olub (2,5 milyon və ya bütün yeni halların 12,4%-i). İkinci yerdə qadınlarda döş xərçəngi (2,3 milyon hal, 11,6%), üçüncü yerdə kolorektal xərçəng (1,9 milyon, 9,6%) olub.
Həmçinin ən çox yayılmış xərçəng növlərindən bəziləri prostat xərçəngi (1,5 milyon, 7,3%), mədə xərçəngidir (970 min, 4,9%).
Eyni zamanda, ağciyər xərçəngi ən çox ölüm səbəbidir - 1,8 milyon ölüm (18,7%), ikinci yerdə 900 min (9,3%) kolorektal xərçəng gəlir. Həmçinin ölümə səbəb olanlar: qaraciyər xərçəngi (760 min, 7,8%), süd vəzi xərçəngi (670 min, 6,9%) və mədə xərçəngi (660 min, 6,8%).
Təşkilat 2022-ci ildə qadınlarda ən çox diaqnoz qoyulan xərçəngin və xərçəngdən ölümün əsas səbəbinin döş xərçəngi, kişilər üçün isə ağciyər xərçəngi olduğunu qeyd edib.
19:36 / 28 Noyabr 2026
5
19:20 / 28 Noyabr 2026
39
19:08 / 28 Noyabr 2026
72
18:59 / 28 Noyabr 2026
96
18:48 / 28 Noyabr 2026
84
18:35 / 28 Noyabr 2026
85
18:30 / 28 Noyabr 2026
90
18:16 / 28 Noyabr 2026
109
17:43 / 28 Noyabr 2026
107
16:40 / 28 Noyabr 2026
153
16:35 / 28 Noyabr 2026
128
16:07 / 28 Noyabr 2026
134
15:49 / 28 Noyabr 2026
566
15:41 / 28 Noyabr 2026
216
15:07 / 28 Noyabr 2026
225
14:55 / 28 Noyabr 2026
164
14:38 / 28 Noyabr 2026
307
14:09 / 28 Noyabr 2026
195
13:52 / 28 Noyabr 2026
859
13:22 / 28 Noyabr 2026
1279
13:02 / 28 Noyabr 2026
300
12:56 / 28 Noyabr 2026
206
12:43 / 28 Noyabr 2026
509
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.