Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada dollar bahalaşıb

Rusiyada dollar bahalaşıb

DÜNYA

342

01.02.2024, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Bankı fevralın 2-nə dolların rəsmi məzənnəsini 0,56 rubl artırıb.

 

Oxu24.com xəbər  verir  ki, Amerika valyutası 90,23 rubla qədər möhkəmlənib.

 

Cümə günü avronun məzənnəsi bir gün əvvəl olan 97,11 rubla qarşı 97,4 rubl səviyyəsində müəyyən edilib. Yuanın rəsmi məzənnəsi 12,46 rubldan 12,54 rubla yüksəlib.

Bundan əvvəl iqtisadçı Konstantin Tserazov Gazeta.Ru ilə söhbətində rublun çökməsinə nəyin səbəb ola biləcəyini izah edib. Onun sözlərinə görə, ixracatçılar tərəfindən valyuta gəlirlərinin bir hissəsinin məcburi satışı ilə bağlı fərmanın müddəti uzadılmasa, milli valyuta 1 dollar üçün 105-110-a kimi zəifləyə bilər.

 

Nigar