Qaynar xətt:

(+99450) 247 90 86

Həbs edilən göyərçin azalığa buraxıldı

Həbs edilən göyərçin azalığa buraxıldı

DÜNYA

805

31.01.2024, 17:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistanın Mumbay şəhərinin hüquq-mühafizə orqanları Çinin xeyrinə casusluq şübhəsi ilə baytarlıq klinikasında səkkiz ay yatmış göyərçini azad etmək qərarına gəliblər.

 

Oxu24.com xəbər  verir  ki,  Hindistanın PTI agentliyi məlumat yayıb.

 

Göyərçin 2023-cü ilin may ayında Mumbay şəhərinin kənarında tutulmuşdu.

Polisin məlumatına görə, quşun ayağında iki halqa olub: biri misdən, digəri isə alüminiumdan.

Qanadların daxili hissəsində çin dilində yazılar tapılıb. Bu səbəbdən göyərçin ÇXR-ə casusluq etməkdə şübhəli bilinirdi.

Polis araşdırma zamanı göyərçinin Tayvanın açıq sularında yarışa qatıldığını və belə tədbirlərin birində ölkədən uçaraq Hindistana endiyini aşkar edib.

Göyərçin yanvarın 30-da polisdən icazə alındıqdan sonra buraxılıb.

 

Müəllif: Miri