Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101747
az

Ukrayna Si Cinpini İsveçrədə keçiriləcək “sülh sammitinə” dəvət edib

18:5926 Yanvar, 2024
91
DÜNYA
  • A

Ukrayna Çin prezidenti Si Cinpini İsveçrədə keçiriləcək “sülh sammitində” iştirak etməyə dəvət edir.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Reuters agentliyinə Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İqor Jovkva məlumat verib.

 

“Əlbəttə, biz Çini sammitdə ən yüksək səviyyədə, Çin Xalq Respublikasının sədri səviyyəsində iştirak etməyə dəvət edirik... Çinin iştirakı bizim üçün çox vacib olacaq”, - deyə o bildirib.

Jovkva əlavə edib ki, Ukrayna administrasiyası Çin tərəfi ilə işləyir. Xüsusilə, onun sözlərinə görə, Ukrayna Çin tərəfinə belə bir sammitdə iştirakın vacibliyini çatdırmaq üçün dünya üzrə tərəfdaşlarını cəlb edir.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri bildirib ki, Kiyev prezident Vladimir Zelenski ilə Çin prezidenti Si Cinpin arasında qondarma sülh formulası ilə bağlı telefon danışığı təşkil etməyə çalışır.

Yanvarın 19-da Avstraliyanın keçmiş baş naziri və ABŞ-dakı səfiri Kevin Rudd bildirib ki, Çin Rusiya və Ukrayna arasında vasitəçilik rolunu oynamayacaq, çünki Pekinin prioriteti Moskva ilə sabit münasibətləri saxlamaqdır.

Bundan əlavə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning bildirib ki, ÇXR Ukrayna ilə açıq əlaqə kanallarını saxlayır, onunla hər iki dövlət üçün vacib olan məsələləri müzakirə edir.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın DİN rəhbəri etirazçılarla görüşdən imtina edib
İsrailin Mexikodakı səfirliyinə hücum edildi
ABŞ-də hərbi təyyarə qəzaya uğradı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bulvarda kanalizasiya quyularının dəmir barmaqlıqları oğurlandı - VİDEO