Qaynar xətt:

(+99450) 247 90 86

Husilər Moskvadadır

Husilər Moskvadadır

DÜNYA

350

25.01.2024, 23:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranyönlü Yəmən Ənsar Allah (Husi) hərəkatının nümayəndə heyəti Rusiya Xarici İşlər Nazirliyində danışıqlar aparıb.

Oxu24.com xəbər  verir ki, “Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Məhəmməd Əbdülsalamın rəhbərlik etdiyi Yəmənin Ənsar Allah hərəkatının nümayəndə heyətini qəbul edib. Ətraflı söhbət zamanı Yəməndə doqquz ilə yaxındır davam edən hərbi-siyasi böhranın hərtərəfli nizamlanması məsələləri ətrafında geniş müzakirə aparılıb”, - Rusiya Xarici İşlər Nazirliyi görüşün yekunlarına dair bildirib.

Rusiya departamenti qeyd edib ki, “Fələstin-İsrail münaqişəsi zonasında faciəli hadisələrin inkişafına, həmçinin Qırmızı dənizdə vəziyyətin kəskinləşməsinə xüsusi diqqət yetirilib. Bu kontekstdə ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı başlatdığı və regional miqyasda vəziyyəti sabitliyi pozmağa qadir olan raket və bombalı hücumlar şiddətlə pislənildi”.

 

Müəllif:Afət