Qaynar xətt:

(+99450) 247 90 86

Zelenskidən ukraynalı əsirlərin olduğu İl-76-nın vurulması ilə bağlı açıqlama​​​​​​​

Zelenskidən ukraynalı əsirlərin olduğu İl-76-nın vurulması ilə bağlı açıqlama​​​​​​​

DÜNYA

346

25.01.2024, 15:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


“Kiyev Belqorod vilayətində Ukrayna qüvvələri tərəfindən vurulan İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma aparılmasında israr edəcək”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

Siyasətçinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Ədliyyə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib.

“Biz bütün aydın faktları müəyyənləşdirməliyik. Təyyarənin Rusiya ərazisində - bizim nəzarətimizdən kənarda qəzaya uğradığını nəzərə alsaq, bu, nə qədər mümkündürsə”, - deyə Zelenski bildirib.

Zelenski həmçinin Hərbi Hava Qüvvələrinin istifadəsi ilə bağlı Baş Komandan və Baş Qərargah rəisini dinlədiyini və Baş Kəşfiyyat İdarəsinin bütün məhbusların taleyini araşdırdığını ifadə edib.  

“Ukraynanın təhlükəsizlik xidməti bütün halları araşdırır. Və mən Ukraynanın xarici işlər nazirinə Ukraynada mövcud olan məlumatlarla bağlı tərəfdaşları məlumatlandırmağı tapşırdım. Dövlətimiz beynəlxalq araşdırmada israrlı olacaq”, - Zelenski deyib.

Digər tərəfdən, hadisə ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ad günü münasibətilə onu təbrik etməyi də qadağan edib. Buna görə də, o, doğum günü ilə bağlı tədbirləri ləğv edib. Bu barədə “RBK-Ukrayna” prezident aparatındakı mənbələrə istinadən məlumat yayıb.

“Zelenski onu ad günü münasibətilə təbrik etmək üçün  yanvarın 25-nə görüş təyin etməyi qadağan edib”, - məlumatda bildirilib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Rusiyanın Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin həlak olduğunu bəyan edib.

 

Himayədar ailələrin sayı necə artırılsın? – Cavid Şahmalıyevdən AÇIQLAMA

16:43 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Himayədar ailələrin sayı necə artırılsın? – Cavid Şahmalıyevdən AÇIQLAMA

69

0
Nazirlər Kabineti yeni qərar verib: 30 gün sonra qüvvəyə minir

16:34 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabineti yeni qərar verib: 30 gün sonra qüvvəyə minir

492

0
 Ermənistan hökuməti sərhəd siyasətində hansı addımlara hazırlaşır? — ŞƏRH  

16:25 / 23 Sentyabr 2026

SİYASƏT SİYASƏT

 Ermənistan hökuməti sərhəd siyasətində hansı addımlara hazırlaşır? — ŞƏRH  

65

0
Mikayıl Müşfiqin məşhur şeiri kimə yazılıb? – İllərlə gizli qalan hekayə  

16:15 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mikayıl Müşfiqin məşhur şeiri kimə yazılıb? – İllərlə gizli qalan hekayə  

72

0
Rusiyanın pullarının müsadirəsi təklif edildi

15:55 / 23 Sentyabr 2026

DÜNYA DÜNYA

Rusiyanın pullarının müsadirəsi təklif edildi

54

0
Meşədən parçalanmış meyit tapıldı - 3 ailədən DNT götürüldü

15:50 / 23 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Meşədən parçalanmış meyit tapıldı - 3 ailədən DNT götürüldü

69

0
İrandan Azərbaycana uçuşlar dayandı  — Regionda nə dəyişəcək?

15:35 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İrandan Azərbaycana uçuşlar dayandı  — Regionda nə dəyişəcək?

68

0
Azərbaycanda ordu generalı rütbəsi hələ heç kimə verilməyib – Bəs ona bərabər tutulan ali rütbələr hansılardır?  

15:25 / 23 Sentyabr 2026

HƏRBİ HƏRBİ

Azərbaycanda ordu generalı rütbəsi hələ heç kimə verilməyib – Bəs ona bərabər tutulan ali rütbələr hansılardır?  

177

0
“Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb 

15:25 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb 

66

0
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi (FOTO) 

15:23 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi (FOTO) 

76

0
Bakıda "Formula 1" tıxacları: Nəqliyyat böhranını necə həll etməli? — Ekspert DANIŞDI  

15:10 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda "Formula 1" tıxacları: Nəqliyyat böhranını necə həll etməli? — Ekspert DANIŞDI  

85

0
YENƏ DƏ "QƏDİM TARİX" DAVASI...  Qulu  Məhərrəmli yazır

15:05 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YENƏ DƏ "QƏDİM TARİX" DAVASI...  Qulu  Məhərrəmli yazır

69

0