Qaynar xətt:

(+99450) 247 90 86

İdmançı 10-cu mərtəbədən yıxıldı

İdmançı 10-cu mərtəbədən yıxıldı

DÜNYA

327

24.01.2024, 18:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Pop-MMA döyüşçüsü Eduard “Teddy” Kuzminov sosial şəbəkələrdə “Venom” ləqəbli Maqomed Zaynalovun 10-cu mərtəbədən yıxıldığını bildirib.

 

Oxu24.com xəbər  verir  ki,“Bu səhər kədərli xəbər aldım. Maqomed Zaynalov 10-cu mərtəbədən yıxılıb və hazırda reanimasiyadadır. Fevralın 2-də döyüşməli idik. Bu döyüşdə qalib gəlmək üçün dua etdim. İndi başa düşürəm ki, bütün bu döyüşlər məni maraqlandırmır. “Venom” üçün dua etmək istəyirəm ki, onunla hər şey yaxşı olsun, sağalsın. Sizdən xahiş edirəm, gəlin hamımız onun üçün dua edək”, - Kuzminov deyib.

 

Zaynalov son döyüşünü Zaxar “Yezid” Amoiyə qarşı keçirib. Rəqiblər ağ dəsmal atdıqdan sonra Amoi texniki nokautla qalib gəlib.

 

Zaynalov keçirdiyi son üç döyüşdə məğlub olmayıb. Onun qarışıq döyüş növləri üzrə beş qələbəsi və doqquz məğlubiyyəti var. Maqomed ARENA, Hardcore MMA, Hardcore Fighting kimi promosyonların turnirlərində çıxış edib.

 

Müəllif: Nigar