Qaynar xətt:

(+99450) 247 90 86

Husilər BMT təyyarəsinin Yəmənə daxil olmasına mane olur

Husilər BMT təyyarəsinin Yəmənə daxil olmasına mane olur

DÜNYA

296

24.01.2024, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər BMT təyyarəsinin Yəmənin şərqindəki Marib əyalətinin hava limanına enməsinə mane olub.

 

Oxu24.com xəbər  verir  ki,bu açıqlama ilə Sky News Arabia çıxış edib.

 

Onun mənbələrinə görə, husilər ikinci dəfədir ki, dünya təşkilatının təyyarəsinə bir hissəsi üsyançıların nəzarətində olan Marib əyalətinə eniş icazəsi vermir. Kanal bu qərarın səbəbini açıqlamayıb.

Yanvarın 23-də Livanın “Əl Mayadeen” telekanalı Husilərin ABŞ vətəndaşları və Britaniya vətəndaşlarından olan BMT əməkdaşlarına Yəmənin Ənsar Allahın nəzarəti altında olan bölgələrini tərk etmələri üçün bir ay vaxt verdiyini bildirib.

 

Müəllif:Afət