Qaynar xətt:

(+99450) 247 90 86

Moldova Xarici İşlər Nazirliyinin rəhbəri istefa verdiyini açıqlayıb

Moldova Xarici İşlər Nazirliyinin rəhbəri istefa verdiyini açıqlayıb

DÜNYA

327

24.01.2024, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moldovanın xarici işlər naziri Niku Popesku keçirdiyi brifinq zamanı bildirib ki, o, baş nazirin müavini və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən istefa verir.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Diplomat qeyd edib ki, 2,5 il ərzində Xarici İşlər Nazirliyi bir çox yaxşı işlər görməyə nail olub.

 

Bir müddət əvvəl bir sıra KİV-lər, o cümlədən deschide.md portalı Moldova Nazirlər Kabinetində gözlənilən dəyişikliklər barədə məlumat yayıb. Xüsusilə, Popeskunun xarici işlər naziri postunu tərk edərək Avropa İttifaqı ilə danışıqların baş iştirakçısı olacağı iddia edilirdi.

 

Jurnalistlər Popeskunun Moldova Xarici İşlər Nazirliyində yerini parlament sədrinin müavini Mixay Popsoi tutacağını təklif ediblər.

 

Lakin bu şayiələri respublikanın prezident administrasiyasının rəhbəri Adrian Balutal təkzib edib.

Keçən iyulda Moldovanın xarici işlər naziri Niku Popesku bəyan etmişdi ki, ölkə tanınmamış Dnestryanı əraziyə nəzarət etmədən Avropa Birliyinə üzv olmağa hazırdır. Eyni zamanda, onun sözlərinə görə, Kişinyov avropalı tərəfdaşları ilə birlikdə Dnestryanı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini istəyir.

Daha əvvəl bildirilib ki, Maia Sandu 2024-cü ildə Moldovada keçiriləcək prezident seçkilərində uduzmaq riski ilə üzləşib.

 

Müəllif: Miri