Qaynar xətt:

(+99450) 247 90 86

“Oskar” mükafatına namizədlər açıqlandı

“Oskar” mükafatına namizədlər açıqlandı

DÜNYA

463

24.01.2024, 00:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Oskar” mükafatına nominantlar açıqlanıb.

Mərasimi ABC telekanalı yayımlayıb.

2024-cü ildə “Ən yaxşı film” kateqoriyasında mükafata “Payızın anatomiyası”, “Barbi”, “Keçmiş həyatlar”, “Oppenheymer”, “Maestro”, “Amerika fantastikası” və s. filmlər namizəddir.

“Ən yaxşı orijinal ssenari” nominasiyasında Oskar mükafatına “Maestro”, “Keçmiş həyatlar”, “Payızın anatomiyası”, “May, dekabr” filmləri namizəd olub.

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” kateqoriyasında “Amerika fantastikası”, “Oppenheymer”, “Barbi”, “Bədbəxt”, “Maraq zonası” filmləri təqdim olunur.

Qeyd edək ki, 96-cı “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2024-cü il martın 10-da Los-Ancelesdə keçiriləcək.