Qaynar xətt:

(+99450) 247 90 86

Moldovada Ukraynadan olan qaçqınların qəbulu mərkəzlərinin yarıdan çoxu bağlanacaq

Moldovada Ukraynadan olan qaçqınların qəbulu mərkəzlərinin yarıdan çoxu bağlanacaq

DÜNYA

274

22.01.2024, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü il ərzində Moldova ukraynalı qaçqınlar üçün hazırda mövcud olan qəbul mərkəzlərinin yarıdan çoxunu bağlayacaq.

 

Oxu24.com xəbər  verir  ki,b barədə Moldova Radiosunun efirində respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Aleksey Buzu bildirib.

Buzunun sözlərinə görə, bu ilin sonuna qədər ölkədə 13-15 mərkəz fəaliyyət göstərəcəksə, hazırda onların sayı 38-dir.

“Belə mərkəzlərböhran xidmətidir. İdeya ondan ibarət idi ki, insanlar hökumət onlar üçün uzunmüddətli seçim təyin edənə qədər orada müvəqqəti qalacaqlar. Biz məhz bunu etməyə çalışırıq”, - deyə nazir izah edib.

Hər bir şəxs üçün alternativ yaşayış və məşğulluq variantları seçiləcək ki, bu da qaçqınların ölkəyə tez uyğunlaşmasına imkan verəcək.

2023-cü il avqustun 9-da artıq Moldovada Ukraynadan olan qaçqınlar üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin tutumlarının azalması ilə əlaqədar bağlanmağa başladığı bildirilirdi. Həmin vaxt onların sayı əlliyə yaxın idi.

Yanvarın 19-da məlum olub ki, Moldovada Avropaya inteqrasiyaya cavabdeh nazir ola bilər.

Bundan əvvəl Moldova ruslardan vətəndaşlıq almaq üçün müraciətlərin artdığını açıqlamışdı.

 

Müəllif:Afət