Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyanın ən böyük neft zavodu vuruldu +VİDEO

SON DƏQİQƏ! Rusiyanın ən böyük neft zavodu vuruldu +VİDEO

DÜNYA

639

21.01.2024, 21:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın ən böyük müstəqil təbii qaz şirkəti olan “Novatek”in Baltik dənizində yerləşən neft emalı zavodunda yanğın baş verib.

Yanğın səbəbindən müəssisədə istehsal dayanıb.

Oxu24.com  xəbər  verir  ki,Rusiya mətbuatında yer alan xəbərlərdə obyektə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi qeyd edilib.

 

 

Rusiyanın ən böyük müstəqil təbii qaz şirkəti Novatek, Baltik dənizindəki obyektində baş verən yanğına görə hasilatı dayandırdığını açıqlayıb.

 

 

Novatekdən verilən yazılı açıqlamada bildirilib ki, şirkətin Baltik dənizi sahilindəki Ust-Luqada yerləşən obyektində səhər saatlarında yanğın baş verib.

 

 

Açıqlamada yanğının baş verməsinin ilkin təsbitlərə görə “xarici faktorlar” olduğu bildirilib və yanğın zamanı ölən və yaralananların olmadığı bildirilib.

 

Açıqlamada yanğının nəzarətə götürüldüyü və obyektdə istehsalın dayandırıldığı qeyd edilib.

 

Rusiya mətbuatında yer alan bəzi xəbərlərdə obyektdəki yanğının iki pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verdiyi iddia edilib.

 

 

 
Müəllif: Miri