Qaynar xətt:

(+99450) 247 90 86

Vyanada “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun toplantısı keçirilib - VİDEO - FOTO

Vyanada “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun toplantısı keçirilib - VİDEO - FOTO

DÜNYA

349

21.01.2024, 14:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müstəqilliyimizin bərpasından sonra bu il ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələrinin fəaliyyət göstərəcəyini deyən komitə sədrinin müavini səsvermə hüququ olan Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal iştiraka dəvət edib.

Sonra "BİZ - Zəfər yoluna davam" təşəbbüs qrupunun üzvləri çıxış edərək xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər. Diaspor fəalları ölkə daxilində siyasi sabitliyin hökm sürdüyünü, iqtisadiyyatımızın davamlı şəkildə inkişaf etdiyini, Vətənimizin dünya dövlətləri arasında layiqli yerini tutduğunu diqqətə çatdırıblar.

Təşəbbüs qrupunun üzvləri soydaşlarımızı qarşıdan gələn növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını, onun gələcəyinə biganə qalmadıqlarını ifadə etməyə çağırıblar.

Tədbirin bədii hissəsində Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) ifasında klassik əsərlərdən ibarət konsert proqramı təqdim edilib.

 

Məqaləyə dair fotomateriallar: