Qaynar xətt:

(+99450) 247 90 86

Pələng 10 iti parçaladı

Pələng 10 iti parçaladı

DÜNYA

403

21.01.2024, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Srednexorski rayonunun Lazo adına kəndində yerli sakinləri təqib edən pələng tutulub, yırtıcı 10 iti parçalayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev öz Telegram kanalında məlumat verib.

 

Bir neçə həftə ərzində Xabarovsk diyarının Srednexorski kəndinin sakinlərini qorxudan və onların torpaq sahəsindən itlər oğurlayan pələngi vilayət ov idarəsinin mütəxəssisləri vəhşi təbiətin və xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi xidməti ilə birgə yaxalayıb.

 

“Problem törədəni tutmaq 10 gün çəkdi. İndi o, qəfəsdədir”, - Mixail Deqtyarev bildirib.

 

Tutulan yırtıcı baytarlar tərəfindən müayinə olunacaq və heyvan məskunlaşan ərazidən uzaqlaşdırılaraq ixtisaslaşmış mərkəzə aparılacaq və reabilitasiyadan keçəcək.

 

Bundan əvvəl Primoryedə iki iti parçalayan pələng tutulub.

 

Müəllif:Afət