Los-Anceles sahillərində güclü zəlzələ olub
28 Noyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
376
21.01.2024, 10:30
Böyük Britaniya Qırmızı dənizdə husilərin ticarət gəmilərinə müntəzəm hücumları fonunda pilotsuz təyyarələrlə mübarizə üçün istifadə edilən Sea Viper hava hücumundan müdafiə sistemini təkmilləşdirmək üçün 514 milyon dollar xərcləyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hava hücumundan müdafiə sistemi yeni döyüş başlıqlarına malik raketlərlə və ballistik raket hücumlarını dəf etmək üçün təkmilləşdirilmiş proqram təminatı ilə təchiz ediləcək. Bu vəzifələri Avropanın raket sistemləri istehsalçısı MBDA-nın Britaniya filialı həyata keçirəcək.
Yanvarın 20-də Reuters agentliyi yazıb ki, Livan Hizbullah hərəkatı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri Qırmızı dənizdə şiə Ənsar Allah hərəkatının (husilər) hücumlarını əlaqələndirmək üçün Yəməndədirlər.
Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başladılar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.
Husilər deyirlər ki, onlar yalnız İsrail limanlarına üz tutan və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başladı.
Bir sıra şirkətlər artıq gəmilərini Ədən körfəzini Qırmızı dənizə birləşdirən və dünya üçün mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazından keçirməyəcəklərini açıqlayıb.
2024-cü il yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Hollandiya, Kanada, Avstraliya və Bəhreynin dəstəyi ilə Yəməndəki husi hədəflərinə kütləvi zərbələr endirib. ABŞ prezidenti Co Bayden bu addımı Husilərin xarici gəmilərə hücumlarına birbaşa cavab adlandırıb.
Bundan əvvəl ABŞ və İngiltərə husilərə qarşı kampaniyanı gücləndirmək qərarına gəliblər.
Müəllif:Afət
23:13 / 28 Noyabr 2026
60
22:57 / 28 Noyabr 2026
74
22:29 / 28 Noyabr 2026
109
22:11 / 28 Noyabr 2026
99
22:01 / 28 Noyabr 2026
107
21:50 / 28 Noyabr 2026
113
21:34 / 28 Noyabr 2026
112
21:22 / 28 Noyabr 2026
126
20:57 / 28 Noyabr 2026
195
20:40 / 28 Noyabr 2026
146
20:24 / 28 Noyabr 2026
136
20:16 / 28 Noyabr 2026
145
20:04 / 28 Noyabr 2026
151
19:43 / 28 Noyabr 2026
153
19:36 / 28 Noyabr 2026
147
19:20 / 28 Noyabr 2026
136
19:08 / 28 Noyabr 2026
151
18:59 / 28 Noyabr 2026
168
18:48 / 28 Noyabr 2026
152
18:35 / 28 Noyabr 2026
153
18:30 / 28 Noyabr 2026
150
18:16 / 28 Noyabr 2026
178
17:43 / 28 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.