Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bir həftə ərzində beşinci dəfə Yəməndə husilərə zərbə endirib

ABŞ bir həftə ərzində beşinci dəfə Yəməndə husilərə zərbə endirib

DÜNYA

358

18.01.2024, 23:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Ştatlar bir həftə ərzində beşinci dəfə Yəməndə husilərin hədəflərini vurub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “The New York Times” məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qabaqlayıcı zərbələr husilərə məxsus raket və buraxılış qurğularına endirilib, çünki ABŞ kəşfiyyatı üsyançıların Qırmızı dənizdə ticarət gəmilərinə və hərbi gəmilərə hücum etməyi planlaşdırdığını düşünür.

Yanvarın 18-də Yəmən Xarici İşlər Nazirliyi Qırmızı dənizdə Avropa İttifaqı missiyasının yaradılmasını region ölkələrinin təhlükəsizliyinə təhdid adlandırıb.

Həmin gün Amerikanın “Wall Street Journal” qəzeti yazıb ki, Qərbin qlobal dəniz nizamını qorumaq cəhdləri uğursuzluqla nəticələnib, ABŞ-ın Qırmızı dənizdəki əməliyyatına az sayda ölkə qoşulub.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova ABŞ-ın müttəfiqləri ilə birlikdə beynəlxalq hüququn bütün normalarını tapdaladığını bildirmişdi.

Əvvəllər Britaniyada Qırmızı dənizdə vəziyyətin gərginləşməsinin qarşısını necə almaq olar deyə danışmışdılar.

 

Müəllif:Afət