Qaynar xətt:

(+99450) 247 90 86

16 məktəbli öldü - Dəhşətli hadisə

16 məktəbli öldü - Dəhşətli hadisə

DÜNYA

363

18.01.2024, 22:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistanın Qücərat ştatında qayığın göldə çevrilməsi nəticəsində 14-ü məktəbli olmaqla azı 16 nəfər həlak olub.

Oxu24.com  xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Hadisə Vadorada şəhəri yaxınlığında baş verib. Məktəblilərin olduğu qayıq Harni gölündə çevrilib, hadisə zamanı qayıqda 27-si uşaq olmaqla 34 nəfər olub.

Nəticədə 14-ü məktəbli və 2-si müəllim olmaqla 16 nəfər boğulub, ən azı 10 şagird xilas edilib.

Hindistanın baş naziri Narendra Modi və Qücəratın baş naziri Bhupendra Patel həlak olanların yaxınlarına başsağlığı verib. Həm mərkəzi, həm də regional hökumətlər onlara 600 min rupi (7,2 min ABŞ dolları - Red) məbləğində təzminat ödəyəcəyini açıqlayıb.