Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan Ədən körfəzində pilotsuz təyyarənin vurduğu gəmiyə kömək etdiyini açıqlayıb

Hindistan Ədən körfəzində pilotsuz təyyarənin vurduğu gəmiyə kömək etdiyini açıqlayıb

DÜNYA

299

18.01.2024, 19:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan Hərbi Dəniz Qüvvələri, Ədən körfəzində pilotsuz təyyarə ilə hədəf alındıqdan sonra Marşal adaları bayraqlı gəmiyə yardım etdiyini bildirib.

oxu24.com xəbər  verir  ki,Hindistan Hərbi Dəniz Qüvvələri Ədən körfəzində pilotsuz təyyarə ilə vurulan Marşal adaları bayraqlı “MV Genco Picardy” gəmisi ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, “MV Genco Picardy” hədəf alındıqdan sonra köməyə çağırıb, “INS Visakhapatnam” esminesi isə gəmiyə kömək edib.

Açıqlamada “MV Genco Picardy”də olan 22 ekipaj üzvündən 9-nun hindistanlı olduğu, gəmidəki hər kəsin təhlükəsiz olduğu və yanğının nəzarət altına alındığı bildirilib.

Açıqlamada gəminin normal marşrutunu davam etdirdiyi vurğulanıb.

 

Müəllif:Afət