Qaynar xətt:

(+99450) 247 90 86

Sərnişin təyyarədə bələdçini dişlədi

Sərnişin təyyarədə bələdçini dişlədi

DÜNYA

388

18.01.2024, 18:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaponiyada bir sərnişin təyyarə bələdçisini dişlədikdən sonra təyyarə uçuş hava limanına qayıdıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə   Mothership yazır.

 

Həmin şəxsin həmin an sərxoş olduğu bildirilir.

 

KİV-in məlumatına görə, insident Yaponiyadan ABŞ-a uçan All Nippon Airways şirkətinə məxsus təyyarənin göyərtəsində baş verib.

 

Təyyarə yüksəkliyə qalxarkən 55 yaşlı kişi stüardessanın əlindən dişləyib.

Hadisədən xəbər tutan pilotlar uçuş hava limanına qayıtmaq qərarına gəliblər, həmin vaxt təyyarədə 159 sərnişin olub. Uçuş bələdçisinə hücum edən şəxs ekipaj üzvləri tərəfindən ram edilib və yerdə polis tərəfindən həbs edilib.

Həbs edilən şəxs nə etdiyini xatırlamadığını bildirib. Polis istintaqın maraqlarını əsas gətirərək, sərnişinin adını çəkməkdən və bu işlə bağlı hər hansı məlumat verməkdən imtina edib.

Bundan əvvəl Yeni Zelandiyalı cütlük 10 saatlıq uçuş zamanı başqasının sidiyi ilə oturduqlarını anlayıb.

 

Müəllif:Afət