Qaynar xətt:

(+99450) 247 90 86

İran ölü sayını açıqladı

İran ölü sayını açıqladı

DÜNYA

386

18.01.2024, 11:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistan Hərbi Hava Qüvvələrinin İranla sərhəd bölgəsində həyata keçirdiyi raket hücumu nəticəsində 7 nəfər həlak olub.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə  İranın Fars agentliyi məlumat yayıb.

 

Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Alirezu Marhamatinin jurnalistlərə verdiyi məlumata görə, bölgədə partlayışlar yerli vaxtla təxminən 04:30-da  baş verib.

 

Onun sözlərinə görə, İran kəndlərindən biri raket atəşinə tutulub, nəticədə İran vətəndaşı olmayan dörd uşaq və üç qadın ölüb.

Bundan əlavə, partlayış səsi Seravan şəhəri yaxınlığında da eşidilib. Bu hadisədə tələfat olmayıb.

Yanvarın 18-nə keçən gecə Pakistan İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Seravan bölgəsində “anti-Pakistan qrupları”na zərbələr endirib. Atışma faktını Pakistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Mərmilərin separatçı Bəlucistan Azadlıq Ordusunun 7 obyektinə düşdüyü bildirilir.

Bundan əvvəl məlum olub ki, Pakistan Hərbi Hava Qüvvələri zərbələr endirərkən İranın hava məkanına daxil olub.

 

Müəllif: Miri