Los-Anceles sahillərində güclü zəlzələ olub
28 Noyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
451
18.01.2024, 11:18
Avropa İttifaqının yüksək səviyyəli xarici siyasət rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Serbiya seçkilərini və seçici saxtakarlığı ilə bağlı xəbərləri araşdırmağa çağırıb.
Oxu24.com xəbər verir ki,bu barədə “Politico” qəzeti rəsmilərin blokun ali rəhbərliyinə, o cümlədən Avropa Komissiyasının rəhbərinə ünvanlanmış məktubuna istinadən yazır.
“Biz Aİ-ni seçki pozuntuları və saxtakarlıq iddiaları ilə bağlı bütün hesabatlar üzrə müstəqil araşdırma aparmağa çağırırıq”, - məktubda deyilir.
Sənəddə etiraf edilir ki, “istintaqın nəticələrindən asılı olaraq” Serbiyada təkrar seçkilər tələb oluna bilər.
Nəşrin məlumatına görə, sənədi Aİ-nin beynəlxalq münasibətlər sahəsində çalışan 20-dən çox yüksək vəzifəli siyasətçisi göndərib.
Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları demək olar ki, hər gün səsvermənin nəticələrinə yenidən baxılması üçün aksiyalar təşkil edirlər. Dekabrın 25-də etirazçılar Belqrad meriyasına hücum etməyə cəhd ediblər, dekabrın 29-da isə şəhərin mərkəzindəki küçəni bağlayıblar.
Dekabrın 17-də seçkilərin keçirilməsi ilə bağlı şikayətlərdən sonra Seçki Komissiyası dekabrın 30-da Serbiyada keçiriləcək parlament seçkiləri üçün 35 seçki məntəqəsində (ölkədə ümumilikdə 8,3 minə yaxın seçki məntəqəsi var) təkrar səsvermənin keçirilməsinə göstəriş verib.
Ertəsi gün Serbiya prezidenti Aleksandr Vuçiç Serbiyada inqilabın mümkün olmadığını bildirib, çünki ölkə vətəndaşları bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə görə hakim koalisiyaya dəstək ifadə ediblər.
Serb siyasətçi daha əvvəl Belqradda iğtişaşların təşkilində Almaniyanın izini görüb.
Müəllif:Afət
00:11 / 29 Noyabr 2026
1
23:56 / 28 Noyabr 2026
121
23:47 / 28 Noyabr 2026
69
23:36 / 28 Noyabr 2026
238
23:13 / 28 Noyabr 2026
117
22:57 / 28 Noyabr 2026
111
22:29 / 28 Noyabr 2026
126
22:11 / 28 Noyabr 2026
111
22:01 / 28 Noyabr 2026
119
21:50 / 28 Noyabr 2026
129
21:34 / 28 Noyabr 2026
126
21:22 / 28 Noyabr 2026
143
20:57 / 28 Noyabr 2026
211
20:40 / 28 Noyabr 2026
154
20:24 / 28 Noyabr 2026
146
20:16 / 28 Noyabr 2026
155
20:04 / 28 Noyabr 2026
161
19:43 / 28 Noyabr 2026
169
19:36 / 28 Noyabr 2026
162
19:20 / 28 Noyabr 2026
154
19:08 / 28 Noyabr 2026
169
18:59 / 28 Noyabr 2026
185
18:48 / 28 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.