Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan İrana cavab hazırlayır

Pakistan İrana cavab hazırlayır

DÜNYA

321

17.01.2024, 17:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com  Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistanda ordu komandanlığının fövqəladə toplantısı İranın ölkəyə raket hücumuna cavab variantlarını müzakirə etmək üçün keçirilir.

 

Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İslamabad Tehranın öz ərazisindəki hədəflərə raket hücumuna cavab vermək hüququnu özündə saxlayır: “Bu qeyri-qanuni addım tamamilə qəbuledilməzdir və heç bir əsası yoxdur. Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət İranın üzərinə düşəcək”.

 

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, zərbə beynəlxalq hüququ pozur və BMT Nizamnaməsinə ziddir.

 

Müəllif:Afət