Çərşənbə günü səhər Avropada qazın birja qiyməti daha 2,19% ucuzlaşıb. Hazırda yanacağın qiyməti min kubmetr üçün 333,48 dollara düşüb.
Oxu24.com xəbər verir ki, bunu ICE Futures birjasında ticarət məlumatları sübut edir.
Hollandiyanın TTF mərkəzində fevral fyuçersləri 1 min kubmetr üçün 339,23 dollara satılır.
Ötən həftə Avropanın ikinci ən böyük qaz tədarükçüsü Qətərin Bab əl-Məndəb boğazı vasitəsilə bölgəyə yanacaq tankerlərinin göndərilməsini dayandırmasına baxmayaraq, qaz qiymətləri ardıcıl olaraq bir neçə ticarət sessiyasında ucuzlaşır.
Qərar ABŞ və müttəfiqlərinin Yəmən husilərinin mövqelərinə silsilə hücumlarından sonra verilib.
Bu arada, Avropada yeraltı anbarlarda (UGS) LNG ehtiyatının səviyyəsi bölgəyə aşağı temperaturların gəlməsi səbəbindən 79%-dən aşağı düşüb. Qış istilik mövsümü başlayandan (1 oktyabr) Avropa İttifaqı ölkələri yeraltı qaz anbarlarından 26 milyard kubmetrdən çox qaz çıxarıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR