Los-Anceles sahillərində güclü zəlzələ olub
28 Noyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
333
17.01.2024, 09:00
Son illərdə Türkiyə idmançıları dünyada adından söz etdirə bilir.
OXU24.COM xəbər verir ki, artıq gənc idmançıların bir neçəsi dünya klublarının ulduzlarına çevrilir.
Xüsusən, futbol və basketbolda önəmli liqalarda mübarizə aparan oyunçular haqqında tez-tez paylaşımlara rast gəlirik.
Ötən il "Fənərbaxça"dan ayrılaraq Madrid "Real"ına keçən 18 yaşlı futbolçu Arda Güler hazırda Avropanın da, dünyanın da diqqət mərkəzindədir. Düzdür, o, İspaniya təmsilçisi ilə anlaşdıqdan sonra çox oynamaq şansı qazanmayıb, daha çox zədələri ilə gündəmə gəlib. Amma istərsə "Real"ın baş məşqçisi Karlo Ançelotti, istərsə də, digər məşqçilər Arda haqqında yüksək fikirdədirlər. 18 yaşlı yarımmüdafiəçinin böyük potensialının gələcəkdə möhtəşəm karyera qurmasına imkan verəcəyini proqnozlaşdıranlar da az deyil.
Türkiyəni futbolda tanıdan digər sima isə "Yuventus"un gələcək ulduzu sayılan Kənan Yıldızdır. 18 yaşlı forvard hazırda İtaliyada ən çox müzakirə olunan adlardan biridir. Son matçlarda daha çox oynamaq şansı qazanan K.Yıldız artıq qolları ilə də diqqət çəkir. Onun vurduğu qollar bir-birindən baxımlı alınır. İtaliya Kubokunda turinlilərin "Salernitana"ya qarşı matçda vurduğu mükəmməl qol isə bu ölkədə ayın qollarına namizəd sayılır.
Bu yaxınlarda İngiltərənin "Brentford" klubuna keçən Yunus Emre Konak da Avropa futbolunun gələcək ulduzları siyahısındadır. "Sivasspor" klubunda mükəmməl çıxışı ilə diqqət çəkən 18 yaşlı oyunçu Premyer Liqa təmsilçisinə keçməklə gələcəyə doğru addım atıb. Yarımmüdafiəçinin dünyanın ən güclü çempionatlarından birində parlaq karyera quracağına ümidlər böyükdür.
Basketbolda isə Türkiyə üçün dünya ulduzlarından biri parlamağa başlayıb. Milli Basketbol Assosiasiyasında (NBA) hazırda ən çox müzakirə olunan oyunçu Alperen Şengündür. "Hyuston Rokets"in liderlərindən sayılan 21 yaşlı oyunçu haqqında NBA-nın məşhur basketbolçuları da xoş sözlər söyləməyə davam edir. Dünya basketbolunun əfsanələrindən olan Lebron Ceyms Şengün haqqında bunları deyib: "Alperen Şengün hər keçən matçda daha rahat oynayır. Onun oyun oxumaq bacarığı üst səviyyədədir. Çox dəyərli basketbolçudur. Möhtəşəm ötürmələri xüsusən qeyd edilə bilər".
01:22 / 29 Noyabr 2026
1
00:11 / 29 Noyabr 2026
113
23:56 / 28 Noyabr 2026
249
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
388
23:13 / 28 Noyabr 2026
139
22:57 / 28 Noyabr 2026
132
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
132
22:01 / 28 Noyabr 2026
138
21:50 / 28 Noyabr 2026
153
21:34 / 28 Noyabr 2026
145
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
180
20:04 / 28 Noyabr 2026
187
19:43 / 28 Noyabr 2026
195
19:36 / 28 Noyabr 2026
188
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
18:59 / 28 Noyabr 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.