Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə ordusu İraq və Suriyada yaraqlıları darmadağın edir

Türkiyə ordusu İraq və Suriyada yaraqlıları darmadağın edir

DÜNYA

371

16.01.2024, 19:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə terrorçu Kürdüstan Fəhlə Partiyasının 100-dən çox hədəfini məhv edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Respublika Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​parlamentdə məlumat verib.

 

“Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən hava əməliyyatları nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - deyə nazir bildirib.

 

Türkiyə Müdafiə Nazirliyinin başçısı bildirib ki, PKK ilə mübarizə “son terrorçu məhv edilənə qədər” davam edəcək.

 

İraq və Suriyada əməliyyatlar PKK yaraqlılarının yanvarın 12-də İraqın şimalında Türkiyə hərbi postuna hücumu nəticəsində 9 əsgərin ölümündən sonra başlayıb.

 

Müəllif:Afət