Qaynar xətt:

(+99450) 247 90 86

Qətər və Rusiya tankerlərini Süveyş kanalından çıxarıblar

Qətər və Rusiya tankerlərini Süveyş kanalından çıxarıblar

DÜNYA

401

16.01.2024, 13:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəmi izləmə sistemindəki məlumatlara görə, iki Rusiya və üç Qətər qaz tankeri ilkin marşrutdan çıxıb və Süveyş kanalı vasitəsilə Qırmızı dənizə daxil olmayıb.

 

Oxu24.com  xəbər  verir  ki, Bloomberg yazır ki, kursun dəyişməsi Yəmənin Ənsar Allah hərəkatının (Husilər) İsraillə əlaqəli gəmilərə hücumları ilə bağlı ola bilər.


ABŞ-ın Yəməndəki husilərə qarşı hava hücumlarından sonra həftə sonu Qətər LNG daşıyan tankerlər Oman sahillərində dayandırılıb.

 

Gəmilər indi Afrikanın cənubundakı Ümid burnuna və ya Cənub-Şərqi Asiyaya gedir.

 

Qazı Avropaya nəql etmək üçün tankerlər Qırmızı dənizdən keçməli idi. Biri Rusiyanın Yamal ixrac layihəsinə aid olan Asiyaya istiqamətli qaz daşıyan rus tankerləri yanvarın 15-də axşam saatlarında Aralıq dənizindəki Süveyş kanalının şimal girişindən çıxıblar.

 

Qətər və Rusiya Husilərin hücumlarına baxmayaraq, Süveyş kanalından Avropaya tranzit üçün istifadə etməyə davam edən son böyük LNG təchizatçılarıdır.

 

Bir gün əvvəl yaraqlılar Yəmən sahillərində ABŞ-a məxsus “Gibraltar Eagle” konteyner gəmisinə raketlərlə hücum ediblər. Hücum anbarda yanğına səbəb olub.

 

Gəminin ekipajı heç bir itki və ya əhəmiyyətli dağıntı barədə məlumat verməyib. Konteyner gəmisi marşrutla davam edib.

 

Müəllif:Afət