Rubio: ABŞ və İran arasında təmaslarda irəliləyiş yoxdur
24 Sentyabr 2026, 09:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
301
16.01.2024, 09:21
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, 2024-cü il seçkilərində qalib gəlsə, ölkənin cənub sərhədini “möhürləmək” niyyətindədir.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçi müvafiq bəyanatı Des Moinesdə tərəfdarları qarşısında çıxışı zamanı verib.
Tramp vurğulayıb ki, onun dövründə ABŞ-dan miqrantların deportasiya səviyyəsi Duayt Eyzenhauer administrasiyasının (1953-1961) səviyyəsinə çatacaq.
Tramp prezidentlik yarışındakı rəqibi, hazırkı ABŞ prezidenti Co Baydeni də tənqid edib. O, rəqibini ölkə tarixinin ən pis prezidenti adlandırıb.
Bununla bağlı Tramp ABŞ-ın siyasi qüvvələrini hamının şahidi olduğu “vəziyyəti düzəltmək, həmçinin problemləri həll etmək və dağıntıları aradan qaldırmaq üçün” birləşməyə dəvət edib.
Bir müddət əvvəl məlum olmuşdu ki, Ayova ştatında keçirilən ilkin seçkilərdə Respublikaçılar Partiyasından olan ilkin səsvermənin nəticələrinə görə, Tramp bütün digər namizədlər arasında liderdir. Siyasətçi bu səsvermənin nəticələri ilə fəxr etdiyini bildirib.
Tramp daha əvvəl özünü Al Kapone ilə müqayisə edib.
Müəllif: Nigar
09:28 / 24 Sentyabr 2026
1
09:27 / 24 Sentyabr 2026
10
09:26 / 24 Sentyabr 2026
7
09:24 / 24 Sentyabr 2026
14
09:09 / 24 Sentyabr 2026
24
09:03 / 24 Sentyabr 2026
105
08:25 / 24 Sentyabr 2026
35
01:28 / 24 Sentyabr 2026
121
01:17 / 24 Sentyabr 2026
135
01:03 / 24 Sentyabr 2026
1160
00:52 / 24 Sentyabr 2026
98
00:42 / 24 Sentyabr 2026
92
00:41 / 24 Sentyabr 2026
118
00:34 / 24 Sentyabr 2026
75
00:14 / 24 Sentyabr 2026
89
00:14 / 24 Sentyabr 2026
2644
00:08 / 24 Sentyabr 2026
319
23:59 / 23 Sentyabr 2026
96
23:55 / 23 Sentyabr 2026
91
23:54 / 23 Sentyabr 2026
72
23:48 / 23 Sentyabr 2026
118
23:36 / 23 Sentyabr 2026
94
23:29 / 23 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.