Qaynar xətt:

(+99450) 247 90 86

Polşa alman qoşunlarına icazə verir

Polşa alman qoşunlarına icazə verir

DÜNYA

321

15.01.2024, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın yeni hakimiyyət orqanları öz ərazilərində alman qoşunlarının yerləşdirilməsinin əleyhinə deyillər.

 

Oxu24.com  xəbər  verir  ki,bunu “Rzeczpospolita” qəzetinə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

 

“Əgər almanlar Litvada etdikləri kimi, Polşada NATO-nun şərq cinahını gücləndirmək istəsələr, “Herzlich willkommen!” (almanca: “xoş gəldiniz!”) cavabını verəcəyik”, - diplomat jurnalistin sualını cavablandırıb.

 

Nəşrin qeyd etdiyi kimi, əvvəlki Polşa hökuməti 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Almaniyanın Varşavadakı keçmiş səfiri Arndt Freytaq fon Lorinhofenin NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada alman kontingentini yerləşdirmək təklifindən imtina edib. 

 

Müəllif:Afət