Pezeşkian BMT-dən hansı mesajı verib? -Qulu Məhərrəmlinin ŞƏRHİ
24 Sentyabr 2026, 15:31
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
482
14.01.2024, 22:39
Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.
OXU24.COM xəbər verir ki, özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollen bu barədə prokurorluğa ərizə verib.
Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman aktyorun vəziyyəti İsveçrə həkimlərinin müşahidəsi sayəsində sabit olub. Prokurorluğa ünvanlanmış məktuba görə qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.
Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.
Qadın buna sübut kimi Delon qardaşlarının və bacısı Anuşkanın yazışmalarını da göstərib, burada aktyorun oğlu Enthoni atasının kimyəvi terapiyasını dayandırmağı təklif edib. Vəkil Rollen onun adından yazdığı məktubda Delon uşaqlarının bu cür hərəkətlərinin qətl cəhdi kimi qiymətləndirilə biləcəyinə işarə edib.
Qeyd edək ki, daha əvvəl Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb. "Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqnitiv test aparılıb və o, bunların heç birini keçə bilmərz", - Entoni Delon yerli mətbuata müsahibəsində bildirib.
17:05 / 24 Sentyabr 2026
1
17:00 / 24 Sentyabr 2026
24
16:41 / 24 Sentyabr 2026
40
16:31 / 24 Sentyabr 2026
153
16:30 / 24 Sentyabr 2026
47
16:08 / 24 Sentyabr 2026
68
15:55 / 24 Sentyabr 2026
61
15:39 / 24 Sentyabr 2026
76
15:31 / 24 Sentyabr 2026
67
15:27 / 24 Sentyabr 2026
66
15:21 / 24 Sentyabr 2026
712
15:20 / 24 Sentyabr 2026
59
15:11 / 24 Sentyabr 2026
65
15:07 / 24 Sentyabr 2026
89
15:05 / 24 Sentyabr 2026
70
15:05 / 24 Sentyabr 2026
74
15:00 / 24 Sentyabr 2026
72
14:50 / 24 Sentyabr 2026
394
14:40 / 24 Sentyabr 2026
77
14:30 / 24 Sentyabr 2026
76
14:30 / 24 Sentyabr 2026
71
14:17 / 24 Sentyabr 2026
293
14:09 / 24 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.