Qaynar xətt:

(+99450) 247 90 86

Xersonda partlayışlar baş verib

Xersonda partlayışlar baş verib

DÜNYA

327

14.01.2024, 17:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin (AFU) nəzarətində olan Xerson şəhərində partlayışlar qeydə alınıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.

 

Nəşr baş verənlərlə bağlı təfərrüatları açıqlamayıb.

 

Rəsmi xəbərdarlıq resursunun məlumatına görə, Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazisinə hava hücumu xəbərdarlığı elan edilməyib.

 

Yanvarın 14-nə keçən gecə Ukraynanın üç vilayətində sirenlər səslənib. Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinin sakinlərinə sığınacaqlara üz tutmaq tövsiyə olunub. Həmçinin qeyd olunur ki, Zaporojye vilayətinin Ukrayna ordusunun nəzarətində olan ərazilərinə hava hücumu xəbərdarlığı elan edilib.

 

Bir gün əvvəl ölkənin bir sıra regionlarında - Kremençuq, Çerniqov, Dnepr və Kropivnitskidə partlayışlar baş verib. Çerniqov vilayətinin başçısı Vyaçeslav Çaus hansı zərərin olduğunu dəqiqləşdirmədən şəhərə müəyyən ziyan vurduqlarını bildirib.

 

Bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyinin əməkdaşlarının raket zərbələrinə görə sığınacaqlara getdiyi bildirilirdi.

 

Müəllif:Afət