Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ağır qəza: Xeyli sayda yaralı var

Rusiyada ağır qəza: Xeyli sayda yaralı var

DÜNYA

421

12.01.2024, 23:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Nijni Novqorod vilayətində böyük qəza baş verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə rayonun Dövlət Yol Müfəttişliyindən məlumat verilib.

 

Hadisə Kstov dolama yolunun üçüncü kilometrliyində baş verib.

 

İlkin məlumata görə, yük maşını avtobusla toqquşub.

 

Avtobus  yerli müəssisənin işçilərini daşıyırmış

 

Qəza nəticəsində 12 nəfər xəsarət alıb, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.

 

“Qurbanlar əsasən avtobus sərnişinləri, Tacikistan vətəndaşları olub, onların bəziləri sənədsiz olub”, - nəşr yazır.

 

Hadisə yerində reanimasiya qrupları işləyir. Zərərçəkənlər rayondakı tibb müəssisələrinə göndərilib. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri kişilərdən birini xilas edə bilməyib.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.

 

Müəllif: Nigar