Qaynar xətt:

(+99450) 247 90 86

Amerikalılar ərəbləri razı sala bilmədi

Amerikalılar ərəbləri razı sala bilmədi

DÜNYA

368

12.01.2024, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələrini Yəməndəki Husi qiyamçılarının Ənsar Allahdan gələn təhlükəyə qarşı durmaq üçün beynəlxalq koalisiyaya qoşulmağa razı sala bilməyib.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

 

Ərəb rəsmilərinin qeyd etdiyi kimi, “husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar” kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatların bərpasına dəstək verməkdə maraqlı deyil.

 

Misir və Qətər də bu cür əməliyyatlara qoşulmaq niyyətində deyil, çünki bu, Yaxın Şərq münaqişəsində İsrail və onun Qərb müttəfiqlərinin tərəfini tutmaq kimi görünə bilər.

 

Semafor aydınlaşdırıb ki, Vaşinqtonun husilərə qarşı çıxmaq planlarına indiyədək Yaxın Şərq ölkələri arasında yalnız Bəhreyn qoşulub.

 

Müəllif:Nigar