Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın iki PUA-sı vuruldu

Ukraynanın iki PUA-sı vuruldu

DÜNYA

365

11.01.2024, 14:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çərşənbə günü Kursk vilayətinin sərhəd Qluşkovski rayonunda elektron döyüş avadanlığından istifadə edilməklə Ukraynaya məxsus iki hücum pilotsuz təyyarəsi məhv edilib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi RİA Novostiyə  bildirib.

 

Yanvarın 10-da saat 16.20-də Ukrayna istiqamətindən Qluşkovski rayonuna gələn iki kamikadze pilotsuz təyyarənin elektron döyüş qüvvələri tərəfindən məhv edilməsi barədə məlumat daxil olub.

 

Yerə düşəndən sonra hər iki pilotsuz təyyarə partlayıb. Dağıntı və tələfat olmayıb.

 

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin mütəxəssisi Ukrayna Silahlı Qüvvələrinin əldəqayırma pilotsuz təyyarələrdən istifadəsinin artmasına diqqət çəkib.

 

Müəllif: Nigar