Türkiyə bu il Global Fire Power-a görə Fransa və Almaniyanı geridə qoyaraq dünyanın ən güclü orduları sıralamasında yüksəlib.
Oxu24.com xəbər verir ki, Türkiyə ordusu ötən il reytinqdə 11-ci yeri tutan NATO-nun ikinci güclü ordusudur və bu il hazırlanan reytinqə görə 3 pillə yüksəlib.
Ümumilikdə reytinqdə 145 ölkənin ordusu qiymətləndirilib.
Qiymətləndirmə zamanı ordunun sayı, silah-sursat, texnoloji baza, döyüş effektivliyi və digər göstəricilər nəzərə alınır.
“Global Fire Power”in məlumatına görə, ilk üçlükdə ABŞ, Rusiya və Çin orduları, üçüncü yerdə Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və digərləri qərarlaşıb.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR