Qaynar xətt:

(+99450) 247 90 86

Putin ilk dəfə Çukotkaya getdi

Putin ilk dəfə Çukotkaya getdi

DÜNYA

354

10.01.2024, 10:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin ilk dəfə işgüzar səfərlə  bağlı Çukotkaya Anadıra gedib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS yazır.

 

Bu, Putinin 2024-cü ildə ilk regional səfəridir. Son bir il ərzində o, yeni bölgələr də daxil olmaqla, Rusiyanın 20-dən çox ərazisinə  səfər edib.

 

Putin etiraf edib ki, o, hələ ölkənin bütün regionlarına səfər edə bilməyib və Çukotkaya səfər etmək istəyir. Dövlət başçısı bura ilk  dəfə 2008-ci ildə gəlmişdi, lakin o zaman prezident postunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin hazırkı müavini Dmitri Medvedev tutmuşdu.

 

Bir gün əvvəl, ilin ilk iş günündə Vladimir Putin Təbii Sərvətlərə Nəzarət Federal Xidmətinin rəhbəri Svetlana Radionova ilə görüş keçirib. Rosprirodnadzorun rəhbəri qeyd edib ki, Rusiya Federasiyasında ekologiya gurultulu sözdən konkret fəaliyyət və nəticələrə keçib. Radionova bu işdə göstərdiyi səylərə, o cümlədən onun tapşırığına əsasən “Ekologiya” milli layihəsinin həyata keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

 

Müəllif: Nigar